Fizika Problemləri İnstitutunun baş elmi işçisi Rauf Cəfərovun mötəbər jurnalda 20 illik tədqiqatlarının xülasə məqalələrini dərc edib

BDU-nun Fizika Problemləri İnstitutunun Nəzəri Fizika şöbəsinin baş elmi işçisi, f.r.-e.d., professor Rauf G. Cəfərovun mötəbər jurnalda 20 illik tədqiqatlarının xülasə məqalələrini dərc edib

BDU-nun Fizika Problemləri İnstitutunun Nəzəri Fizika şöbəsinin baş elmi işçisi, f.r.-e.d., professor Rauf G. Cəfərovun Azərbaycan Respublikası “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin və Rusiya Milli Tədqiqatlar Mərkəzi “Kurçatov İnstitutu”nun Yüksək Enerjilər Fizikası İnstitutun da iştirak etdiyi, son 20 ildə, dünyanın ən elit eksperimentlərindən olan proton-ağır nüvə ionlarının toqquşmalarının fizikasının nəzəri əsaslandırılması üçün yeganə model olan Nambu – Jona-Lasinio model mövzusu ətrafında, Mənzil Qərargahı İsveçrənin Bazel şəhərində yerləşən Multidisciplinary Digital Publishing İnstitute Nəşriyya­tında Clarivate Analytics siyahısında indekslənən  məşhur SYMMETRY jurnalının xüsusi buraxılışında – special issue “Nambu – Jona-Lasinio model and its applications” nömrəsində dünyanın bu mövzu üzrə aparıcı mütəxəssisləri ilə bir sırada, “Mean-Field Expansion, Regularization İssue, and Multi-Quark Functions in Nambu-Jona model” adlı review məqaləsi işıq üzü görmüşdür.

Fizika Problemləri İnstitutunun Nəzəri Fizika şöbəsinin baş elmi işçisi, f.r.-e.d., professor Rauf G. Cəfərov, Tomsk Dövlət Universitetinin rektoru Eduard Qalajınskinin əmri ilə, Rusiyanın Milli Tədqiqatlar Mərkəzi Tomsk Dövlət Universitetində nəşr edilən, Clarivate Analytics siyahısında indekslənən Rusiya ali məktəblərinin fizika üzrə aparıcı jurnalı olan, ABŞ-da ingilis dilində Russian Physics Journal adı ilə yenidən nəşr edilən Известия ВУЗОВ. Fizika jurnalının Redaksiya Heyətinə üzv seçilmişdir.