Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri Şahin Ağayevin məqalələri “Near-threshold structures in the Ds+ Ds- mass distribution of the decay B+ → Ds+ Ds- K+” (B+ → Ds+ Ds- K+ parçalanmasının Ds+ Ds kütlə paylanmasında kandara-yaxın strukturlar), “Modeling the resonance T0cs0(2900)++ as a hadronic molecule D*+K*+” (T0cs0(2900)++ rezonansının D*+K*+ adron molekulu kimi modelləşdirilməsi) və “X(3960) as a hidden charm-strange scalar tetraquark” (X(3960) qapalı çarm-streync skalyar tetrakvark kimi) məqalələri Q1 kvartilli The Physical Review D jurnalının müxtəlif nömrələrində çap olunmuşdur. Məqalələrdə, son illərdə əsasən LHCb eksperimentinin müşahidə etdiyi müxtəlif adron rezonanslarının xassələri öyrənilmiş, onların kütlələri və tam effektiv en kəsikləri molekul və tetrakvark modelləri çərçivəsində hesablanmışdır. Əldə olunmuş nəzəri və eksperimental nəticələrin müqayisəli analizi aparılmışdır.
Məqalələrin linkləri:
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.094018
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.094019
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.054017