Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

27.04.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin müdiri, prof. Namiq Əhmədov “Molekulyar biofizikanın inkişafında nəzəri konformasiya analizi üsulunun rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzə Nəzəri konformasiya analizi üsulu, inkişaf mərhələləri, onun tədbiqi ilə üçölçülü fəza quruluşu, quruluş-funksiya əlaqələri tədqiq olunan  biomolekullar təhlil olunmasına həsr olunmuşdur. Müxtəlif bioloji fuksiyalı, müxtəlif sayda aminturşu qalıqlarından təşkil olunmuş peptid molekullarının fəza quruluşları müəyyən olunmuş, onların fəza quruluşlarını stabilləşdirən qarşılıqlı təsir qüvvələri göstərilmişdir. Biomolekullarin fəza quruluşlarının kompleks tədqiqində nəzəri konformasiya analizi üsulunun digər tədqiqat üsulları ilə əlaqələri göstərilmişdir.

Daha sonra prof. Namiq Əhmədov verilən sualları cavablandırmış, alınan nəticələrin  xüsusiyyətlərini izah etmişdir.