Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

18.05.2023-cü il 2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin elmi işçisi,  f.r.e.n, Orbux Vladimir İsakoviç “Məsaməli ion material səthində kontakt hadisələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

          Məruzə məsaməli ion materialının metal elektrodla kontaktı zamanı yaranan sahə fluktuasiyasının tədqiqinə həsr edilmişdir. Bu halda anod yaxınlığında dielektrik aralıq yarınır və bütün gərginlik bu aralığa düşür. Gərginlik götürüldükdə ion materialın bircins halı bərpa olunur. Müəyyən edilmişdir ki, dielektrik aralığın yaranması eksponensial, materialın bircins halının bərpası isə zamanın kvadratı ilə tərs mütənasib baş verir.

Daha sonra Vladimir İsakoviç sualları cavablandırmış, alınan nəticələrin  xüsusiyyətlərini izah etmişdir.