Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

27.10.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyar elmləri namizədi, dosent, Musayev Rövşən Əli oğlu, “Neyrologiyanın kvant aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi tərəfindən beyində gedən relyativistik  və qeyri-relyativistik proseslər haqqında müasir elmi nəticələr araşdırılmışdır. Daha sonra isə müəllif yerinə yetirdiyi tədqiqat işlərı və aldığı nəticələr haqqında məlumat vermişdir.

Sonda isə Rövşən Musayev verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.