Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

26.10.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Fizika İnstitutunun 2-ci kurs doktorantı Həşimli Zeynəb İlham qızı “AdS/KXD- də tenzor mezonların qarşılıqlı təsir sabitləri”mövzusunda məruzə etmişdir.

5 ölçülü AdS fəzasında tenzor mezonlar daxil edilmişdir. AdS/KXD –nin yumşaq-divar və sərt-divar modellərində f2(1270) mezonun nuklonlarla və vektor mezonlarla  qarşılıqlı təsir sabitləri (gf2NN, gf2ρρ və gf2ργ) hesablanmışdır. Əldə edilən nəticələr digər nəzəri nəticələrlə müqayisə edilmişdir.

Daha sonra Zeynəb Həşimli verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.