26.05.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.
Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, Bədəlov Vətən “Ümumiləşmiş formalı hiperbolik potensial üçün Şredinger tənliyinin həlli” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi işdə yeni bir - ümumiləşmiş formalı hiperbolik potensialı təklif etmişdir. Belə ki, orbital kvant ədədinin qiymətində mərkəzdənqaçma potensialına Pekeris yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov metodunun köməyilə bu potensial üçün Şredinger tənliyinin əlaqəli hallarının dalğa funksiyaları və enerji spektri tapılmışdır. Nəticədə, potensial parametrlərindən, radial və orbital kvant ədədlərindən asılı məhdud sayda enerji spektri müəyyən edilmişdir.
Daha sonra Bədəlov Vətən verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.