Seminarda “Biofizika” şöbəsinin “Biofizika” şöbəsinin böyük elmi işçisi Həsənova Xavər Tağı qızı "Bioproseslərdə aktiv və passiv maddə daşınmasında suyun rolu" mövzusunda çıxış etmişdir.
Məruzəçi orqanizmlərdə gedən mürəkkəb bioproseslərdə aktiv və passiv maddə daşınma proseslərindən danışmışdır. Göstərilmişdir ki, bu proseslərdə maddə daşınması həm Gibs sərbəst enerjisinin azalması, həm də artması istiqamətində gedə bilər. Bu daşınmalar uyğun olaraq passiv və aktiv maddə nəqli adlanır. Qeyd edilmişdir ki, bu proseslərin hər birində su mütləq şəkildə iştirak edir və su bu zaman sadəcə həlledici olmayıb, mürəkkəb proseslərin reallaşdığı aktiv mühit rolunu oynayır.
Çıxış maraqlı diskussiyaya səbəb olmuş və Xavər Həsənova verilən sualları cavablandırmışdır.