Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

24.11.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi, f.r.e.n., Ağayev Mustafa Nuhbala oğlu,  “Kontakt şəbəkəsi həndəsəsinin silisium günəş elementinin fotoenerqetik parametrlərinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi Al80Ni20 amorf metal ərintisi ilə metallaşdırılmış p-n keçidinə əsaslanan günəş elementi tədqiqindən danışmışdır. O, qeyd etmişdir ki, daraq şəkilli kontakt şəbəkəsinə malik olan günəş elementinin volt- amper xarakteristikası, yük müqavimətində olan gərginlikdən çıxış güçünün asılılığı və ön tərəfdəki kontakt şəbəkəsi həndəsəsinin silisium günəş elementinin çıxış parametrlərinə təsiri tədqiq edilmişdir.

Daha sonra Mustafa Ağayev verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.