24 oktyabr 2024-cü il tarixində “Fizika problemləri” ETİ-nin növbəti seminarı keçirilmişdir.
Seminarda “Nəzəri Fizika” şöbəsinin aparıcı elmi işçisi Vətən Bədəlov “Ümumiləşmiş tanh – formalı hiperbolik potensial üçün Dirak tənliyinin həlli: Çarmonium və bottomoniumun kütlə spektri” mövzusunda məruzə etmişdir.
Məruzəçi tərəfindən ümumiləşmiş tanh - formalı hiperbolik potensial üçün Dirak tənliyi spin və psevdospin simmetriyasında həll edilmiş, Dirak zərrəciyinin bağlı hallarının enerji spektri və hiperhəndəsi polinomlarla ifadə olunan uyğun radial dalğa funksiyaları tapılmışdır. Belə ki, enerjinin məxsusi qiymətlərinin bir neçə fundamental potensial modelləri əhatə edən - bu potensialın parametrlərindən asılılığı araşdırılmışdır. Həmçinin, kütlə spektrinin analitik ifadəsindən istifadə edərək çarmonium və bottomoniumun kütlə spektrlərini modelləşdirmək üçün hesablanmış kütlə spektrlərinin nəticələrinin eksperimental müşahidə olunan qiymətlərlə sıx uyğunluğu müəyyən edilmişdir. Hesablanmış və eksperimental spektrlər arasındakı bu yaxın uyğunluq ümumiləşmiş tanh - formalı hiperbolik potensial modelin ağır kvarkonium sistemlərini təsvir etməkdə effektivliyini göstərir.
Çıxış maraqlı diskussiyaya səbəb olmuş və Vətən Bədəlov verilən sualları cavablandırmışdır.