Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

23.12.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri, Rüstəmov Fərhad “Məsaməli silisiumda fotolyuminessensiyanın şüalanma və həyəcanlaşma spektrlərindən Si nanokristallarının ölçülərə və qadağan olunmuş zonanın eninə görə paylanmasının təyini” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi məsaməli silisiumda fotolyuminessensiyanın şüalanma və həyəcanlanma spektrləri tədqiq edilməsindən və qadağan olunmuş zonanın orta eni, nanohissəciklərin orta ölçüsü hesablanmasından danışmışdır. Fotolyuminessensiyanın təcrübi alınmış həyəcanlanma və şüalanma spektrinin fotolyuminessensiyanın fenomenologi nəzəriyyəsi əsasında təhlil metodikası təklif edilmişdir. Kimyəvi aşılama metodu ilə alınmış məsaməli silisium nümunələrində nanohissəciklərin həm ölçülərə görə, həm də qadağan olunmuş zonanın eninə görə paylanması tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunmuş nümunələr Si nanohissəciklərinin ölçüləri 1.5÷2.8 nm, qadağan olunmuş zonanın eni isə 2÷3.2 eV aralığında olan nanohissəciklər toplusundan ibarətdir.

Daha sonra Rüstəmov Fərhad verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.