Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

23.06.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi, Axundov Çingiz “Seolit – qrafit qarışığının elektrik xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi seolit matrisdə müxtəlif tationların yerləşdirilməsi ilə unikal kimyəvi və fiziki xassələrə malik yeni materialların alınmasını məruzə etmişdir. Klinoptilolit tipli seolitin qrafit ilə qarışığının elektrik xassələri araşdırılmışdır. Qrafitin konsentrasiyasından asılı olaraq keçiriciliyin üç müxtəlif halı aşkar edilmişdir. Qrafitin konsentrasiyası artdıqca müqavimət əvvəl azalır, sonra metastabil keçirici faza yaranır, sonra isə yüksəkomlu faza alınır. Alınmış nəticələr dielektrik – keçirici keçidi əsasında təhlil edilmişdir.

Daha sonra Axundov Çingiz verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.