Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

21.12.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda BDU Fizika Problemləri ETİ-nin Biofizika şöbəsinin böyük elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Ələkbərov Şahin Şəmşəd oğlu “Ozonun elektrosintezinin energetik çıxımı və kinetikası” mövzusunda məruzə etmişdir.

Məruzədə qaz boşalmasında baş verən fiziki-kimyəvi proseslərdə qoyulan enerjinin hansı hissəsinin ozonun yaranmasına sərf olunduğu və iki qat baryer boşalmasında ozonun yaranmasında kinetik proseslər haqqında məlumat verilmişdir. Sistemin müəyyən enerji alma ehtimalından istifadə edərək müxtəlif hallar üçün ozonun yaranmasına sərf olunan enerji payı, eləcə də elektrosintez proseslərində ozonun yaranmasının (ozonatorların) məhsuldarlığı hesablanması haqqında məlumat verilmişdir. Baryer boşalmasında ozonun yaranmasında parçalanma olmayan və parçalanma olan hallar üçün kinetik proseslər, kimyəvi reaksiyaların sabitlərinin təyin olunması haqqında danışılmış və izahat verilmişdir.

Daha sonra Şahin Ələkbərov verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.