Fizika problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

20 fevral 2025-ci il tarixində “Fizika problemləri” ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Fizika İnstitutunun Nüvə və Yüksək Enerjilər Fizikası laboratoriyasının elmi işçisi İbrahim Atayev “AdS/KXD-nin yumşaq divar modelində nuklonlarin aksial-vektor və psevdoskalyar ümumiləşmiş parton paylanmaları” mövzusunda məruzə etmişdir. AdS/KXD-nin yumşaq divar modelində İzospini nəzərə alınaraq proton və neytron üçün aksial-vektor və psevdoskalyar form faktorlarının ifadələri alınmış və ümumiləşmiş parton paylanmaları ilə əlaqələndirilmişdir. Ümumiləşmiş parton paylanmaları üçün aşkar ifadələr alınmış və qrafik təsvir edilmişdir. Göstərilmişdir ki, protonun aksial radiusu üçün alınan nəticə təcrübə nətisələri ilə uzlaşır. Daha sonra İbrahim Atayev verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.