Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

17.02.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, Şahin Məmmədov “AdS/KXD-nin yumşaq divar modelindən mezon-nuklon qarşılıqlı təsir sabitinin temperatur asılılığı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi sonlu temperaturda vektor və aksial vektor mezonların nuklonlarla qarşılıqlı təsir sabitinin AdS/KXD-nin yumşaq divar modelində baxılmasından bəhs etmişdir. Anti-de Sitter-Şvarsşild  fəzasının içində fermion və kalibrləşmə sahələri daxil edilmiş və onlar üçün hərəkət tənliklərinin həlli yazılmışdır. Bu sahələr arasında iç qarşılıqlı təsir laqranjianından sərhəd cərəyanının ifadəsi alınmışdır. Tapılan qarşılıqlı təsir sabitlərinin temperatur asılılıqları qurulmuş və temperaturun kritik nöqtəsində bu sabitlərin sıfır olduğu qeyd olunmuşdur.
Daha sonra Şahin Məmmədov verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.