Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Rafiq Bağırov “Dəmir ionlarının göbələk mənşəli melaninlərlə kompleks birləşmələrinin alınması və onların bir sira fiziki - kimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda məruzə etmişdir. Məruzəçi tərəfindən qeyd edilmişdir ki,  ağcaqayın, qovaq və meşə fısdığı ağaclarının gövdəsində əmələ gələn göbələklərdən qələvi mühitdə ekstraksiya və turş mühitdə çökdürmə yolu ilə melanin piqmenti ayrilmiş və onların təsnifatı məqsədi ilə İQ və EPR spektrləri qeyd edilmişdir. Yeni ayrilmiş melanin piqmentlərinin dəmir ionları ilə kompleks birləşmələri piqmentlərin FeSO4 məhlulunda otaq temperaturunda inkubasiyası metodu ilə alınmışdır. Alınmış kompleks birləşmələrin elektrik keçiriciliyi və onun temperaturdan asililiğı tədqiq edilmişdir. Çıxış maraqlı diskussiyaya səbəb olmuş və  Rafiq Bağırov verilən sualları cavablandırmışdır.