Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

15.12.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyar elmləri namizədi, dosent  Demuxamedova Svetlana Davudovna “Kvant kimyasının qeyri-empirik HF və DFT üsulları ilə β-diketonların yeni azotörəmələrinin və onların nikel ionu ilə komplekslərinin quruluş və xassələrinin tədqiqi” mövzusunda çıxış etmişdir.

Məruzəçi qeyd etmişdir ki, BDU-nun kimya laboratoriyasında aminoantiprin-4 əsasında üzvü reagentlər sintez olunmuşdur. Lakin onların nikel ionu ilə kompleks əmələ gətirmə və qurulus xassələri tədqiq olunmamış və bu istiqamətdə nəzəri hesablamalara böyük ehtiyac var. Bu istiqamətdə aparılan tədqiqat işində onların qurulus və xassələrini, nikel ionu ilə kompleks əmələ gətirməsini öyrənmək üçün qeyri-empirik kvant kimyasının Xarti-Fok metodundan istifadə olunmuşdur. Demuxamedova Svetlana kompleks əmələ gətirməni və digər prosesləri tədqiq etmək üçün kompyuter proqramlar konvertindən istifadə edilməsindən və alınan maraqlı nəticələrdən danışmışdır.

Daha sonra S. Demuxamedova verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.