Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

15 fevral 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri f.r.e.d. Fərhad Rüstəmov "Yaşıl hidrogen və məsaməli silisium" mövzusunda məruzə məruzə etmişdir. Məruzədə hidrogen qazının metan və ya təbii qazın buxar konversiyası, kömürün qazlaşdırılması, suyun elektrolizi, piroliz, qismən oksidləçmə və biotexnologiya kimi alınma üsulları təhlil edilmişdir. Onun kimya sənayesində, neft emalı sənayesində, metallurgiyada, qida sənayesində, energetikada və nəqliyyatdakı tətbiq sahələri araşdırılmışdır. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen və qara hidrogen terminlərinin hidrogen qazının alınma üsulundan və onun alınması prosesi zamanı atmosferi nə dərəcədə çirkləndirməsindən asılı olması qeyd edilmişdir. Məsaməli silisiumun su ilə qarışığıdan hidrogen qazının alınması üsulu təhlil edilmiş və bu üsulun praktikada tətbiq perspektivləri və bu  sahədə aparılan elmi tədqiqatlar işlərinin müasir vəziyyəti müzakirə edilmişdir.

Daha sonra Fərhad Rüstəmov verilən sualları cavablandırmışdır.