Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

13.10.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi, Nəsirov Elşən Fayaz oğlu, “p-Si/teksturlu-Si/ZnS1-xSex heterostrukturlu günəş elementlərinin effektivliyinə teksturlama rejimlərinin təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi qeyd etmişdir ki, p-Si/teksturalı-Si/ZnS1-xSex heterostrukturları ZnS1-xSex (x = 0; 0.1 və 0.2) təbəqələrinin kristallik p-Si/SK və p-Si/SH altlıqlarına elektrokimyəvi çökdürülmə üsulu ilə hazırlanmışdır. (SK və SH müvafiq olaraq KOH+C3H8O və HF+HNO3 məhlullarında aşılanmış teksturlu silisiumdur). Heterostrukturların fotoelektrik xassələri aşındırma müddətindən, məhlulun temperaturundan və tərkibindən (KOH və HF (1-5 ağırlıq%); C3H8O və HNO3 (3-10 həcm%) asılı olaraq tədqiq edilmişdir.

Daha sonra Elşən Nəsirov verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.