Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

13.04.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri” laboratoriyasının rəhbəri, f.e.d., Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Abdullayev Nadir Allahverdi oğlu “(MnBi2Te4)(Bi2Te3)n sinfinə aid olan yeni maqnit topoloji izolyator monokristallarında Raman səpilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.etmişdir.

Məruzə MnBi2Te4• n(Bi2Te3) van-der-vaals topoloji izolyatorlarda raman səpilməsində aktiv olan rəqs modlarının simmetriya analizi və təcrübi tədqiqinə həsr olunmuşdur. Burada n- iki qonşu yeddi laylı Te-Bi-Te-Mn-Te-Bi-Te paketlər arasında olan beş laylı Te-Bi-Te-Bi-Te paketlərin sayıdır.

Konfokal Raman spektroskopiyası metodu vasitəsilə n=0,1,2,3,4,5,6 və olan kristallik strukturlar tədqiq olunur. n-nin dəyişməsi ilə eyni simmetriyalı rəqs modlarının təcrübədə alınan tezliklərin müqayisəsi aparılmışdır.

Göstərilmişdir ki, n=1,2,3,4,5 və 6 olan spektrin aşağı tezlikli (35-70 cм-1) oblastında olan  iki rəqs modu praktik olaraq n- miqdarlı sərbəst beş laylı Bi2Те3 qəfəsinin dinamikasına cavab verir. Buna səbəbdən spektrin yuxarı tezlikli (100-140 cм-1) oblastına uyğun gələn, təcrübi olaraq bu və ya digər paketə və ya hər ikisinə eyni zamanda uyğun olması ilə fərqlənməyən digər iki rəqs modunu da həmçinin, yeddi laylı paketlərin atomıarının tərpənməz vəziyyətində beş laylı paketlərin rəqslərinə aid etmək olar. 

Daha sonra Nadir Abdullayev verilən sualları cavablandırmış, alınan nəticələrin  xüsusiyyətlərini izah etmişdir.