07 noyabr 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.
Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi f.e.d. Haqverdiyeva Gülnara Əhməd qızı “(Z)-N,N-dimetil-2-(perfluorofenil)-2-(2-fenilhidrazineyliden) acetamidin DFT və molekulyar dockinq tədqiqatları” mövzusunda çıxış etmişdir. Məruzədə bioloji aktivliyə malik olan asetamid molekulunun B3LYP/6-31+G (d,p) bazisində DFT metodu ilə hesablanmış quruluş, enerji və elektron parametrləri təhlil edilmişdir. AutoDock Vina proqramının köməyi ilə bu birləşmə üçün yerinə yetirilmiş molekulyar dokinq araşdırmalarının təqdim olunmuş nəticələri onun 5-HT1BR spesifik reseptorun tərs agonisti kimi davrandığı göstərmişdir. Liqand-reseptor qarşılıqlı təsirlər PyMol və Discovery Studio 3.0 proqramlarından istifadə edərək vizuallaşdırılmış və təhlil edilmişdir. Asetamidin farmakofor modeli müzakirəyə təqdim olunmuşdur. Çıxışın sonunda əldə edilmiş nəticələrin bu tip birləşməlrin quruluş-funksiya əlaqələrinin araşdırılmasında vacib rolu və farmakologiyada perspektivliyi haqqında bəhs edilmişdir.
Çıxış maraqlı diskussiyaya səbəb olmuş və Gülnara Haqverdiyeva verilən sualları cavablandırmışdır.