Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

06 iyun 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Nəzəri Fizika” şöbəsinin aparıcı elmi işçisi Vətən Bədəlov “Kleyn-Qordon tənliyinin ümumiləşmiş tanh formalı hiperbolik potensial üçün analitik həlli” mövzusunda məruzə etmişdir.

Məruzəçi orbital kvant ədədinin l≠0 qiymətində Vl(r) mərkəzdənqaçma potensialına Pekeris yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov metodunun köməyi ilə ümumiləşmiş tanh-formalı hiperbolik potensial üçün Kleyn-Qordon tənliyi həll edilmiş və nəticədə Kleyn-Qordon zərrəciyinin əlaqəli hallarının enerji spektri və müvafiq dalğa funksiyaları tapılmışdır. Belə ki, zərrəciyin enerji spektrinin və dalğa funksiyalarının tapılmış ifadələri xüsusi hallarda ədəbiyyatda məlum olan ifadələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan əlavə, iki atomlu H2, HCl və O2 molekulları üçün vibrasiya enerjiləri hesablanmış və onların eksperimentə uyğunluğu göstərilmişdir.

Çıxış maraqlı diskussiyaya səbəb olmuş və  Vətən Bədəlov verilən sualları cavablandırmışdır.