FİZİKA PROBLEMLƏRİ ETİ-NİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLMİŞDİR

04 iyul 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi Rövşən Əli oğlu Musayev “Yeni korteksdə Piramidal formalı neyronlar və epifez” mövzusunda məruzə etmişdir.

Məruzəçi insan organizmində gedən proseslərin əsasında dayanan bəzi fiziki və kimyəvi proseslər, onların uzunömürlülüklə əlaqəsi haqqında danışmışdır. İnsan beyninin ən mürəkkəb bölgəsi olan korteks son illərdə elm adamlarının böyük marağına səbəb olmuşdur. Piramidal neyronlar isə insan beynində ən çox yayılmış neyron növüdür və korteksdə məlumatların işlənməsinə xidmət edir. 

Çıxış maraqlı diskussiyaya səbəb olmuş və  Rövşən Musayev verilən sualları cavablandırmışdır.