Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

03.03.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Bağırov Rafiq “Bitki mənşəli melaninlərin metal ionları (Fe, Cu) ilə kompleks birləşmələrinin elektrik keçiriciliyi” mövzusunda məruzə ilə çıxış etmişdir.

 Məruzəçi soya bitkisinin toxumlarının, qara üzüm, qara kəndəlaş, daş sarmaşığı və qara zeytun bitkilərinin meyvələrinin qabığından qələvi mühitdə ekstraksiya və turş mühitdə çökdürmə yolu ilə melanin piqmenti ayrılmasını qeyd etmişdir. Yeni ayrılmış melanin piqmentlərinin 𝐹𝑒𝑆𝑂4 və 𝐶𝑢𝑆𝑂4 məhlullarında inkubasiya metodu ilə dəmir və mis ionları ilə kompleks birləşmələr alınmışdır. Alınmış kompleks birləşmələrinin elektrik keçiriciliyinin temperaturdan asılılığı öyrənilmişdir. Məlum olmuşdur ki, bu kompleks birləşmələrinin elektrik keçiriciliyinin temperaturdan asılılığı üzvi yarımkeçiricilər üçün xarakterik olan 𝑙𝑛𝜎=𝑙𝑛𝜎0−𝐸T/2𝑘𝑇 düsturu ilə yaxşı təsvir olunur.

Daha sonra Bağırov Rafiq verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir