Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

02.03.2023- cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda Şamaxı Astrofizika Rəsədxanası, Nəzəri astrofizika və kosmologiya şöbəsinin kiçik elmi işçisi, "Roper nuklon - nuklon keçid form faktorunlarının AdS/KXD-nin sərt divar modelində öyrənilməsi" mövzusunda məruzə etmişdir.

5 ölçülü AdS fəzasında nuklonlar üçün AdS/KXD-nin sərt divar modelindəki profil funksiyaları verilmişdir. Qarşılıqlı təsir Laqranjianından istifadə edərək 4-ölçülü cərəyanın ifadəsi hesablanmış və form faktorların beşinci ölçü üzrə inteqral ifadəsi tapılmışdır. Form faktorların qrafiki qurulmuş və eksperimental nəticələrlə müqayisə edilmişdir.

Daha sonra Şahnaz Tağıyeva verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.