Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

02.02.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Yüksək Enerjilər və Nüvə Fizikası” laboratoriyasının elmi işçisi Nəsibova Nərmin Əliməmməd qızı “AdS/KXD-nin yumşaq divar modelində nuklonların aksial-vektor form faktorunun temperatur asılılığı” mövzusunda məruzə etmişdir.

Sonlu temperaturda Holoqrafik Kvant Xromodinamikasının yumşaq divar modelində nuklon-ların aksial-vektor form faktorunun temperaturdan asılılığı  araşdırılmışdır. Nuklonların əsas və hə-yəcanlaşmış halları nəzərə alınmaqla aksial-vektor form faktorun temperaturdan və temperaturun müxtəlif qiymətlərində ötürülən impulsun kvadratından asılılıq qrafikləri qurulmuşdur. Nəticədə məlum olmuşdur ki, axsial-vektor form faktorun qiyməti temperaturun artması ilə azalır. Məruzəçi göstərmişdir ki, bu nəticə sonlu temperaturda aksial-vektor mezon qarşılıqlı təsir tədqiqatları üçün istifadə oluna bilər.

Daha sonra Nərmin Nəsibova verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.