Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

14 mart 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin aparıcı elmı işçisi, f.ü.f.d. Ağayeva Ülkər Teymur qızı "Angiotenzin çevirən fermentin (ACE)  tripeptid ingibitorlarının fəza və elektron quruluşlarının müqayisəli təhlili" mövzusunda məruzə etmişdir. Məruzədə ingibitor kimi fəaliyyət göstərən antihipertenziv tripeptidləri LPP, İPP və VPP-nin fəza və elektron quruluşu molekulyar mexanika və kvant kimyası metodları ilə tədqiq edilməsindən danışılmışdır. Tədqiqat nəticəsində həmin molekulların aşağı enerjili konformasiyaları,  ikiüzlü firlanma bucaqları, atomların koordinatları, onları stabilləşdirən qarşılıqlı təsir enerjiləri müəyyən edilmış və müqayisəli şəkildə təhlil edilmışdir.

Daha sonra Ülkər Ağayeva verilən sualları cavablandırmışdır.