Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

28.01.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Nadir Abdullayev MnBi2Te4(Bi2Te3)n  n=0, 1, 2  sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi göstərmişdir ki, MnBi2Te4(Bi2Te3)n n=0, 1, 2 sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar spintronika, aksion elektrodinamika, enerji itkisi olmayan elektronika və s. üçün perspektiv materiallardır. Məruzədə bu birləşmələrin geniş temperatur intervalında (1.4-300K) və maqnit sahələrində (0-8Tl) quruluşu, rentgen difraksiyası, raman səpilməsi, elektrik və galvanomaqnit xassələrinə (maqnit müqaviməti və anomal Holl effekti), maqnit xassələrinə (maqnitlənmə və maqnit nüfuzlugu) aid təcrübi nəticələr təqdim olunmuş və onların izahı verilmişdir. Daha sonra Nadir Abdullayev verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.