Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

25.11.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin baş elmi işçisi, Azər Əhmədov “Dirak tənliyinin Hülten və Yukava sinif potensiallarinin xətti cəmi üçün Kulon tip tenzor qarşılıqlı təsir nəzərə alınmaqla analitik həlli” mövzusunda məruzə ilə çıxış etmişdir.
Enerji spektrlərinin və spinor funksiyalarının kvant ədədlərinin müxtəlif qiymətləri üçün ədədi qiymətləri hesablanmışdr. Alınan analitik ifadələrdən relyativistik və qeyri-relativistik limitlər hesablanmışdır.
Daha sonra Azər Əhmədov verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.