Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

11.03.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.
Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, Şahin Bayramov “Biofiziki və biokimyəvi proseslərdə periodik və aperiodik rəqslərinin nəzəri kinetik tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi nəzərı kiməvi kinetikanın hesablama və analitik yanaşma üsulları ilə biofiziki və biokimyəvi sistemlərdə yaranan konsentrasion avtorəqs proseslərinin sistemli tədqiqi və konsentrasion avtorəqslərin yaranmasının təməl mexanizmlərinin öyrənilməsi, periodik biomolekulyar proseslərin yaranmasında kritik fraqmentlər adlanan minimal sayda maddə və mərhələdən ibarət olan reaksiyalar ardıcıllığı, onların quruluş sxemlərinin ümumi prinsipləri, yeni konsentrasion avtorəqs modelləri, metabolik kontrol nəzəriyyəsinin periodik proseslərə tətbiqinin analizindən danışmışdır.
Daha sonra Şahin Bayramov verilən sualları cavablandırmış, aparılan hesablamaların xüsusiyyətlərini izah etmişdir.