Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

09.12.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin böyük elmi işçisi, Budaqov Kərimxan “Maye kristal –metal, maye kristal –Si strukturlarında kontakt hadisələri  və bunlardan optoelektronikada istifadə imkanları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi maye kristal–Si strukturunda yaranan foto elektrik hərəkət qüv­vəsinin və qaranlıq elektrik hərəkət qüvvəsinin tədqiq edilməsindən danışmış və onların yaranma mexanizmlərini izah etmişdir. Kərimxan Budaqov daha sonra onlardan optoelektronikada istifadə yollarından danışmışdır.

Sonda məruzəçi verilən sualları cavablandırmış, maraqlı məqamları izah etmişdir.