03 aprel 2025-ci il tarixində “Fizika problemləri” ETİ-nin “Elm günü”-nə həsr olunmuş növbəti elmi seminarı keçirilmişdir.
Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi Haqverdiyeva Gülnara Əhməd qızı “2024-cü ildə Nobel mükafatına layiq görülmüş işlər”mövzusunda məruzə etmişdir.
Məruzəçi əvvəlcə Nobel mükafatının təsis olunma tarixçəsi haqqında geniş məlumat vermişdir. Daha sonra məruzəçi qeyd etmişdir ki, hər il olduğu kimi, 2024-cü ildə də Nobel mükafatın təqdimat mərasimi Alfred Nobelin vəfat etdiyi anım günündə keçirilmişdir. Nobelin vəsiyyətinə uyğun olaraq, sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilmişdir. 2024-cü ilin Nobel mükafatı laureatları iqtisadiyyat üzrə Daron Əcəmoğlu, Saymon Conson, Ceyms A.Robinson, fizika üzrə John J.Hopfield, Geoffrey E.Hinton, kimya üzrə David Beyker, Demis Hassabis, Con M.Camper, fiziologiya və ya tibb üzrə Victor Ambros və Gary Ruvkun, ədəbiyyat üzrə Han Kang olduğu, sülh mükafatının isə Yaponiyanın Nihon Hidankyo təşkilatına təqdim edildiyi elan olunmuşdur. Məruzəçi Nobel mükafatına təqdim olunan işlər barəsində ətraflı məlumat vermişdir.
Çıxışın sonunda Gülnara Haqverdiyeva verilən sualları cavablandırmışdır.