Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin əməkdaşlarının məqaləsi İF 4.778 olan Q1 kvartilli jurnalda çap olunub

Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin əməkdaşları Namiq Dərvişov və Vidadi Baqiyevin məqaləsi İF 4.778 olan Q1 kvartilli jurnalda çap olunub.

Məqalə Czochralski üsulu ilə yetişdirilmiş PbMo0.75W0.25O4 monokristallarının struktur və optik xassələrinə həsr edilmişdir. Bu monokristalların Raman və infraqırmızı spektrləri tədqiq edilmişdir. İnfraqırmızı spektrdə çoxfononlu udma proseslərinə aid səkkiz zolaq aşkar edilmişdir. 375-700 nm spektral intervalında udulma spektri ölçülmüşdür. Spektrin təhlilindən qadağan olunmuş zonanın eninin 3,12 ± 0,03 eV, Urbax enerjisinin qiymətinin 0,082 ± 0,002 eV olduğu müəyyən edilmişdir. Göstərilmişdir ki, qarışıqdan asılı olaraq qadağan olunmuş zonanın eninin enerjisi PbMoO4, PbWO4 və PbMo0.75W0.25O4 monokristallarınına  uyğun xətti olaraq dəyişir.

 

Məqalənin linki: Materials Chemistry and Physics 296 (2023) 127280

https://doi.org/10.1016/j.matchemphys.2022.127280