21.09.2021 tarixində Fizika Problemləri ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsində seminar keçirilmişdir.
21 sentyabr 2021-ci il tarixində Fizika Problemləri ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsində seminar keçirilmişdir. Seminarın mövzusu Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi L.K.Abdullayevanın “Metalın mikrostrukturunun metal-yarımkeçirici kontaktının elektrofiziki xassələrinə təsiri” adlı monoqrafiyanın müzakirəsi olmuşdur. L.K.Abdullayeva “Metalın mikrostrukturunun metal-yarımkeçirici kontaktının elektrofiziki xassələrinə təsiri” adlı monoqrafiya və aparılan elmi tədqiqat işləri barədə qısa məlumat vermişdir. Seminarda qərara alınmışdır ki, L.K.Abdullayevanın hazırladığı “Metalın mikrostrukturunun metal-yarımkeçirici kontaktının elektrofiziki xassələrinə təsiri” adlı monoqrafiya müzakirə üçün rəyə verilsin və daha sonra Fizika Problemləri ETİ-nin Elmi Şurasına təqdim edilsin.