Fizika Problemləri” ETİ-nin kollektivinin Xocalı soyqırımı hadisələrinə həsr olunmuş anım tədbiri keçirilmişdir-2024

26.02.2024-cü il tarixində BDU-nun “Fizika problemləri” ETİ-nin kollektivinin Xocalı soyqırımı hadisələrinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir. O çıxışında qeyd etdi ki: 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Sonra M.Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırım haqqında ətraflı danışmışdır.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Daha sonra İnstitutun direktor müavini N. Dərvişov, “Nəzəri fizika” şöbəsinin a.e.i. Ş. Məmmədov çıxış edərək Xocalı hadisələri haqqında danışdılar.

 

Allah bütün şəhidlərimizə rəhmət etsin!