Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının Hesabat - seçki iclası keçirilmişdir

22 fevral 2024 -cü il tarixində BDU Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının Hesabat - seçki iclası keçirilmişdir. İclasda həmçinin BDU HİK-nin nümayəndəsi Tağıyev Əbülfəz Nağı oğlu iştirak etmişdir.

Əvvəlcə Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının sədri M.Z. Məmmədov İnstitutun Həmkarlar Təşkilatının 27 fevral 2020 - 22 fevral 2024-cü illəri əhatə edən dövr üçün hesabatla məruzə etdi. O, qeyd etdi ki, hesabat dövründə, yəni 27 fevral 2020 - 22 fevral 2024-cü illəri əhatə edən dövrdə İnstitutun Həmkarlar Təşkilatı BDU-nun və İnstitutun ictimai həyatında fəal iştirak etmişdir. İnstitutun Həmkarlar Təşkilatının Büro üzvləri hesabat dövrü ərzində BDU HTİK-nın rəhbərliyi ilə aşağıda qeyd olunan tədbirləri həyata kecirmişdir:

- Ehtiyacı olan 13 əməkdaşa maddi yardım edilmişdir.

- “50 illik”, “60 illik” və “70 illik” yubileyi ilə əlaqədar İnstitutun 12 əməkdaşı maddi mükafatlandırılmış və tədbir kecirilmişdir.

- Fizika Problemləri ETİ –nin Həmkarlar Təşkilatının Büro üzvləri səhhəti ilə əlaqədar olaraq ev şəraitində müalicə alan 2 nəfər əməkdaşa baş cəkilmişdir.

- Əməkdaşların azyaşlı uşaqlarının yeni il şənliyində iştirak etməsi ücün BDU-da kecirilən “Yeni il” şənliyinə 52 bilet verilmişdir.

- BDU-nun Quba rayonu ərazisində yerləşən Tədri-təcrübə və İstirahət Kompleksində istirahət etmək ücün 3 əməkdaşa 1 həftəlik göndəriş verilmişdir.

- Nabran qəsəbəsində yerləşən “Flaminqo” İstirahət Kompleksində yay tətilində istirahət etmək ücün 4 əməkdaşa göndəriş verilmişdir.

-İsmayıllı rayonu ərazisində yerləşən “Qız qalası” İstirahət Kompleksində yay tətilində istirahət etmək ücün 1 nəfər (4ailə üzvü) əməkdaşa 10 günlük ailəvi istirahətə göndəriş verilmişdir.

-Ailə üzvlərini itirmiş 4 nəfər əməkdaşa maddi yardım edilmişdir.

İnstitut kollektivi tərəfindən Həmkarlar Təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. İclasda İnstitutun direktoru S.S.Rəhimov, direktor müavini N.Dərvişov, E.Nəsirov, Ç.Axundov çıxış etdilər.

Daha sonra kollektiv tərəfindən Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının bürosu və Təftiş komissiyası üzvləri seçildi.

Büro üzvləri:

  1. Məmmədov Mübariz Zabid oğlu - sədr
  2. Əsgərova Həcər Oktay qızı
  3. Bədəlov Vətən Həsənverdi oğlu
  4. Bağırova Sənubər Rəhim qızı
  5. Ağayeva Ülkər Teymur qızı

Təftiş komissiyasının üzvləri:

  1. Həsənov Məhəmməd Hidayət oğlu
  2. Bayramov Qəzənfər Müzəffər oğlu
  3. Abdullayeva Ləman Kamal qızı