Fizika Problemləri ETİ-nin əməkdaşlarının onlayn qaydada görüşü keçirilmişdir

17.07.2020-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika Problemləri ETİ-nin əməkdaşlarının onlayn qaydada görüşü keçirilmişdir.

Görüşdə Fizika Problemləri ETİ-də elmi-tədqiqat işlərinin səviyyəsini daha da artırmaq məqsədi ilə irəli sürülən təkliflər geniş müzakirə olunmuşdur. Müzakirələrdə şöbə müdirləri və əməkdaşlar çıxış etmiş və təkliflərini irəli sürmüşlər.