Fizika problemləri ETİ-nin Elmi Şurasının növbəti iclası keçirilib-051219

05.12.2019-cu il tarixində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun şöbələrinin elmi fəaliyyəti haqqında 2019-cu ilin hesabatları dinlənilmiş, 2020-ci ildə yerinə yetiriləcək elmi işlərin planları müzakirə edilmişdir. İclasda hesabatın müzakirəsi üçün yaradılmış komissiyanın nümayəndələri: İzzət Əfəndiyeva, professor Vaqif Salmanov, professor  Nazim İmamverdiyev və  professor  Fərhad Mirzəyev iştirak etmişdir.