Fizika Problemləri ETİ-nin Elm gününə həsr olunmuş növbəti onlayn seminarı keçirilmişdir.

17.03.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin Elm gününə həsr olunmuş növbəti onlayn seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin baş elmi işçisi, İsmayılova Larisa “Bioloji molekulların quruluş-funksiya əlaqələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi bioloji molekulların yerinə yetirdiyi funksiyalar onların fəza quruluşları ilə əlaqədar məlumatlar vermişdir. Qeyd etmişdir ki, fəza quruluşlarının formalaşması ilə aminturşu qalıqları ardıcıllığından asılıdır. Məruzədə zülal, peptid molekullarının fəza quruluşlarının, ferment-substrat qarşılıqlı təsirlərinin tədqiqi mərhələri araşdırılmışdır.

Daha sonra İsmayılova Larisa verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.