Fizika Problemləri ETİ-nin Biofizika şöbəsinin böyük elmi işçisi vəfat edib  

Fizika Problemləri ETİ-nin Biofizika şöbəsinin böyük elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Çingiz İsfəndiyar oğlu İbrahimov vəfat edib (20.02.1951 – 15.02.2022). 

Ç.İbrahimov 1951-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1968-1973-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1974-cü ildən BDU-da əmək fəaliyyətinə başlamış, 2005-ci ildən isə BDU-nun Fizika Problemləri İnstitutunun „Bioloji sistemlər fizikası“ (hal-hazırda Biofizika) şöbəsində çalışmışdır. 1986-cı ildə „Polisaxaridlərin məhlul və gellərində öz-özünə diffuziya və NMR-relaksasiya“ mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib, 43 məqalə və tezisin müəllifi olub.

Allah rəhmət eləsin!