“Fizika problemləri” ETİ-də Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirilmişdir

18 mart 2025-ci il tarixində “Fizika problemləri” ETİ-də Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirilmişdir. 

Əvvəlcə “Fizika problemləri” İnstitutunun direktoru S.Rəhimov, daha sonra İnstitutun direktor müavini və elmi katibi N.Dərvişov, həmkarlar təşkilatının sədri Mübariz Məmmədov, Namiq Əhmədov, Xavər Həsənova, Gülnara haqverdiyeva, Gülşən Ağayeva, Sənubər Bağırova  çıxış etmiş, qarşıdan gələn novruz bayramı və Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etmişlər. Onlar qeyd etmişlər ki, Azərbaycan tarixində ilk dəfə olaraq Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlər təqvimdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpagın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət onu unutdura bilməmiş, bir-birindən maraqlı adətləri, inanclari nəsildən nəslə ötürülmüşdür.