Fizika Problemləri ETİ-də növbəti elmi seminar keçirilmişdir.

11 yanvar 2024-cü il tarixində Fizika Problemləri ETİ-də növbəti elmi seminar keçirilmişdir. Seminarda İxtiraçı mühəndis,  Kərimov Sərvan İdris oğlu "Qravitasiya mühərriki" mövzusunda məruzə etmişdir. Sərvan Kərimov çıxış edərək Yer kürəsinin cazibə qüvvəsi hesabına carxın qollarında qüvvə momentləri fərqi yaratmaqla carxın öz oxu ətrafında fırlanma hərəkəti nəticəsində mexaniki enerjinin alınması haqqımda məlumat vermişdir. Yerin cazibəsi daimi və fasiləsiz olduğundan yaranacaq o enerjinin də daimi, fasiləsiz və təhlükəsiz enerji mənbəyi olacağı haqqında məruzəçinin mülahizələri müzakirə olunmuşdur. Müzakirələr zamanı məruzəçinin diqqətinə çatdırılmışdır ki, "Qravitasiya mühərriki" tipli daimi mühərrikin yaradılması mümkün deyil.