30 may 2024-cü il tarixində “Fizika problemləri” ETİ-də İnstitutun Elmi Şurasının iclası keçirilmişdir.
İclasda əvvəlcə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin 2206.01 - “Molekulyar fizika” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantı dissertant Rəhimzadə Sara Qəmbər qızının dissertanturanın III kursuna keçməsi ilə əlaqədar attestasiya olunması müzakirə edilmişdir.
Daha sonra isə “Fizika problemləri” ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi İzzət Məmməd qızı Əfəndiyevanın “Şottki diodları əsasında çoxfunksiyalı cihazlar” mövzusunda yazdığı monoqrafiyanın müzakirəsi keçirilmişdir.