“Fizika problemləri” ETİ-də İnstitutun Elmi Şurasının iclası keçirilmişdir

30 aprel 2024-cü il tarixində “Fizika problemləri” ETİ-də İnstitutun Elmi Şurasının iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələr müzakirə edilmişdir.

Daha sonra isə “Fizika problemləri” ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi İzzət Məmməd qızı Əfəndiyevanın “Şottki diodları əsasında çoxfunksiyalı cihazlar” mövzusunda yazdığı monoqrafiyanın müzakirəsi keçirilmişdir.

İzzət Əfəndiyeva monoqrafiya ilə əlaqədar çıxış etmiş, əsas məqamları elmi şura üzvlərinin diqqətinə çatdırmışdır. Sonda Elmi Şuranın üzvlərinin yekdil qərarı ilə “Fizika problemləri” ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi İzzət Məmməd qızı Əfəndiyevanın “Şottki diodları əsasında çoxfunksiyalı cihazlar” mövzusunda yazdığı monoqrafiyanın Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Antiplagiat komissiyasında yoxlanılması tövsiyyə olunmuşdur.