28 noyabr 2024-cü il tarixində “Fizika problemləri” ETİ-nin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.
İclasda “Fizika problemləri” ETİ-nin şöbələrində 2024-cü ildə elmi plan üzrə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatları dinlənilmişdir. Daha sonra “Fizika problemləri” ETİ- nin şöbələrində 2025-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planları müzakirə edilmişdir.
“Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri F.Rüstəmov, “Biofizika” şöbəsinin müdiri N.Əhmədov və “Nəzəri fizika” şöbəsinin müdiri Ş.Agayev 2024-cü ildə elmi plan üzrə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatları və 2025-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planları barəsində çıxış etmişlər.