FİZİKA PROBLEMLƏRİ ETİ-DƏ İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

20 iyun 2024-cü il tarixində BDU-nun nəzdində “Fizika problemləri” ETİ-nin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

İclasda BDU-nun nəzdində “Fizika problemləri” ETİ-nin şöbələrində 2024-cü ilin birinci yarımilliyində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir.

"Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri Fərhad Rüstəmov, “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədov və “Nəzəri fizika” şöbəsinin müdiri Şahin Ağayev uyğun olaraq 2024-cü ilin birinci yarımilliyində şöbələrdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri barəsində məruzə etmişdir.