Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun iclası keçirilmişdir.

28.04.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti elmi seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin elmi işçisi, Bağırova Sənubər “Polivinilpirrolidon əsaslı sulu məhlulların reoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

S.Bağırova polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristikaları barəsində məruzə etmişdir. Polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristik özlülüyünə temperaturun, molekulyar kütlənin təsirinə baxılmış, Xaqqins əmsalı K və ikinci virial A əmsalı təyin edilmişdir.

Daha sonra Bağırova Sənubər verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.