Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun iclası keçirilmişdir.

29.12.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2023-cü il -yeni təqvim ilinə həsr olunmuş iclası keçirilmişdir.

İclasda ilk olaraq İnstitutun direktoru S.Rəhimov əməkdaşları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı münasibəti ilə, sonra isə yeni il münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Daha sonra isə institutun direktor müavini və elmi katibi N.Dərvişov, Həmkarlar komitəsinin sədri M.Məmmədov, aparıcı elmi işçilər- G.Ağayeva, İ.Əfəndiyeva, Ç.Məmmədov çıxış edərək İnstitut əməkdaşlarını bayramlar münasibəti ilə təbrik etdilər.