29.10.2020-ci il tarixində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilmişdir
İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 2020-ci il üçün AMEA-nın illik hesabatına daxil edilməsi üçün veriləcək mühüm nəticələrin müzakirəsi keçirilmişdir. Nəticədə “Kondensə olunmuş hal fizikası” şöbəsindən 4, “Nəzəri fizika” şöbəsindən 2 və “Biofizika”şöbəsindən 1 işin AMEA-nın illik hesabatına daxil edilməsi üçün təqdim olunması qərara alınmışdır.