Fizika Problemləri  Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilmişdir.

24.12.2020-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika Problemləri ETİ-nin Elmi Şurasının onlayn qaydada növbəti iclası keçirilmişdir. İclasda Fizika Problemləri ETİ-nin 2020-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri müzakirə edilmişdir.
Hesabatla çıxış edən FPİ-nin direktoru Sədiyar Rəhimov Fizika Problemləri ETİ-nin əməkdaşlarının 2020-ci ildə qazandığı nailiyyətlərindən, çap olunmuş elmi əsərlər, konfrans materialları və xüsusilə fərqlənən elmi işçilərdən danışmışdır.

Müzakirələr zamanı elmi-tədqiqat işlərinin nəticələri ilə bərabər həm də Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Ölkəmizin qazandığı qələbədən danışılmış, Vətən uğrunda şəhid olanlar yad edilmiş, qazilərin tezliklə sağalmaları arzu edilmişdir. Daha sonra İnstitut əməkdaşları bir-birini qarşıdan gələn Dünya Azəbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə təbrik etmiş və işlərində uğurlar arzulamışlar.